Logo

BirBank “Visa Cashless Forum”da iştirak edib

BirBank “Visa Cashless Forum”da iştirak edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BirBank 12 fevral 2020-ci il tarixlərində Bakıda keçirilən "Visa Cashless Forum Azerbaijan 2020” tədbirində iştirak

edib. Tədbirdə dövlət qurumlarının, bankların, özəl şirkətlərin nümayəndələri, həmçinin Visa şirkətinin menecerləri

iştirak və çıxış ediblər.

Çıxış edənlər sırasında həmçinin Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov

da var idi. O, öz çıxışı zamanı BirBank mobil tətbiqi barədə ətraflı məlumat verdi. 1 milyondan çox istifadəçisi olan

BirBank ölkənin ən tanınmış tətbiqi olmaqla yanaşı, iOs və Android əməliyyat sistemində tövsiyə olunan tətbiqlərin

ilk onluğunda yer alır. Özündə bir sıra innovativ funksiyaları birləşdirən BirBank NFC təmassız ödəniş funksiyasını,

QR kod vasitəsilə nağdılaşma, digital kart kimi qabaqcıl rəqəmsal bank məhsullarını müştərilərə təqdim edir.

"Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif

qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr

aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz

növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, -

deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.

Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və

Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum

"Driving the Future" ("Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra

üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da

əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün

www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR