Əmanətlərin sığortalanması əmlak bazarını canlandıracaq

Əmanətlərin sığortalanması əmlak bazarını canlandıracaq

Əmanətlərin sığortalanması ilə bağlı qərarın qəbul edilməsi bank sektoru üçün müsbət amildir.

Sfera.az xəbər verir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.

Ekspertin sözlərinə görə, bank sektorundakı problemlər əvvəlki dövrlərdə daşınmaz əmlak bazarını pul vəsaitləri ilə qidalandırırdı. Burada söhbət təkcə əmanətlərdən əmlak bazarına gedən pul vəsaitlərindən getmir: "Məsələn, özəl sektorda formalaşan sərbəst pul vəsaitləri risklərə görə bank sektoruna yox, alternativlər kimi əmlak alışına, "yorğan altına" və digər istiqamətlərə yönəldilirdi. Uzun müddətdir ki, qeyd edirik ki, əmlak bazarında qiymət enməsi tempini azaldan başlıca amil bank sektorundakı durumdur. Bu gün əmanətlərin sığortalanması ilə bağlı qərarın qəbul edilməsi bank sektoru üçün müsbət amildir. Eyni zamanda, depozitlər üzrə hesablanan faizlərin gəlir vergisindən azad edilməsi qərarı da qüvvəyə mindi. Gözlənilir ki, bu addım bank depozitlərinin risk və iqtisadi baxımdan investisiya aləti kimi cəlbediciliyini artıracaq. Nəticənin necə olmasını zaman göstərəcək. Depozitlər və daşınmaz əmlakların investisiya alətləri kimi qarşılıqlı rəqabəti, sözsüz ki, hazırda həlledici rol oynamır. Çünki hazırda bazarda digər amillər də mövcuddur".

Ekspert həmçinin qeyd edib ki, fevral ayında əmlak bazarında aktivlik nisbətən artıb. Lakin bu aktivlik, sözsüz ki, bazarın pik dövrləri ilə müqayisədə xeyli azdır.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...