Logo

BirBank istifadəçilərinin sayı bir milyonu keçdi

BirBank istifadəçilərinin sayı bir milyonu keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 1 milyon nəfərdən artıq istifadəçi, BirBank tətbiqini App

Store və Play Store-dan yükləyib. Hazırda BirBank ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank

tətbiqidir. iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri

əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Android istifadəçiləri BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün Kapital Bank-ın hər hansı bir Visa kartını

təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər

sırasında həmçinin digital kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən BirBank istifadəçisi

özünə kart yaradıb, istənilən internet və ya NFC ödənişlərini həyata keçirə bilər.

Digər yenilik BirKart sahiblərinə aiddir. Artıq BirKart istifadəçiləri BirBank mobil əlavəsində yaradılmış şəxsi

kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər.

Bütün bunlarla yanaşı BirBank tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan

Kapital Bank bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan

avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra

üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da

əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün

www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR