Beynəlxalq maliyyə qurumları Azərbaycanda ilk tərəfdaş olaraq Unibank KB-nı seçdi!
Bir sıra Avropa maliyyə inistitutlarının və inkişaf hökumətlərinin səhmdar payı olan
Frontclear maliyyə bazarları inkişaf şirkəti və nüfuzlu TCX maliyyə təşəbbüsləri fondu
Azərbaycan bank sektorunda ilk çatdırılmayan forvard (NDF) sazişini "Unibank”la bağlayıb.
Bu saziş, "Unibank”a öz müştərilərinin valyuta risklərini minimuma endirmək və korporativ
müştərilərinin uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanlarını daha da genişləndirməyə
imkan yaradacaq.
Saziş Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) 2002 Master Agreement
şərtlərinə uyğun olaraq həyata keçiriləcək.
"Unibank KB” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov nüfuzlu Frontclear şirkəti və
TCX fondu ilə tərəfdaşlığın bankın müştəriləri üçün yeni imkanlar yaradacağını vurğulayıb: "Biz
çox şadıq ki, NDF sazişi "Unibank”ın strategiyasında vacib hədəflərdən olan yerli biznesin
maliyyələşdirməsində yeni imkanlar açacaq. Bu razılaşma korporativ müştərilərimizi sərfəli və
az riskli olan maliyyə vəsaitləri ilə təmin etməyə daha çox şərait yaradacaq. Bununla da Unibank
real sektorun inkişafına dəstəyini bir qədər də artırmaq imkanı əldə edəcək”.
Frontclear şirkətinin böyük vitse-prezidenti Andrey Şinkeviç saziş haqda fikirlərini bildirib:
"Biz ilk sövdələşməmizi Azərbaycanda həyata keçirdiyimizdən və "Unibank”ın nümunəsində
Azərbaycan bankına xarici NDF bazarına çıxışında əsas rol oynayan bazanın yaradılmasında
iştirakımızdan qürur duyuruq. Saziş qlobal bazar oyunçularının ölkədə hüquqi riskləri azaltmaq
imkanlarını gücləndirir və gələcəkdə Azərbaycanın pul bazarlarının inkişafı üçün meyar
müəyyənləşdirir”.
TCX Maliyyə Fondunun baş vitse-prezidenti Jerome Pirose təmsil etdiyi qurumun bu
müqavilədə tərəfdaşlığından məmnun olduğunu bildirib: "Frontclear" kredit və hüquqi risklərin
aspektlərinə böyük diqqət ayırdığından, bu tərəfdaşlıq TCX-yə partyorluq münasibətlərinin
gələcəkdə inkişafı üçün birbaşa qarşılıqlı əlaqə imkanı yaradır”.
Frontclear haqqında
Frontclear, Niderland Krallığında təsis edilən, sabit və inklüziv pul bazarları ilə məşğul olan
maliyyə inkişaf şirkətidir. Onun investorları əsasən Avropa maliyyə qurumları və inkişaf
hökumətləridir. Milli valyutadakı aktivlərin girov idarə etmə məqsədləri üçün istifadə olunacağı
təqdirdə, qarşı tərəfin kredit riskini ödəmək üçün kredit zəmanəti verməklə, Frontclear EMDC
(Economically More Developed Country) bankları üçün qlobal və yerli banklararası bazarlara
çıxış imkanı yaradır. Bundan əlavə, Frontclear sağlam pul bazarlarının inkişafına yönəlik texniki
yardımlar da təklif edir. Bu günədək 13-dən çox ölkədə 900-dən çox borclu və tənzimləyiciyə
təlim verib, mərkəzi banklar və yerli benefisarlarla onlarla partnyorluq sazişinə imza atıb.






