Logo

“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ili mənfəətlə başa vurdu

“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ili mənfəətlə başa vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yapı Kredi Bank Azərbaycan” QSC-in 2019-cu ilin sonuna dair açıqladığı hesabatda bankın

kifayət qədər güclü maliyyə dayanıqlılığını görmək mümkündür.

Bank 2019-cu il üzrə xalis mənfəətini artan xətt üzrə inkişaf etdirmiş və ili 4 mln. manat

mənfəətlə başa vurmuşdur.

Bankın 2019-cu il üzrə müsbət göstəricilərindən biri 48% səviyyəsində olan ani likvidlik

əmsalıdır. Xatırladaq ki, bu göstərici üzrə müəyyən olunmuş norma 30% səviyyəsindədir.

Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib Yapı Kredi Bank Azərbaycan likvidlik üzrə

qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir.

Yapı Kredi Bank Azərbaycan 2018-ci il ilə müqayisədə 2019-cu ildə aktivlərini artıraraq 428.6

mln. manata çatdırmışdır.

Yapı Kredi Bank Azərbaycan real sektorun dəstəklənməsi istiqamətində Strateji Yol

Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq qeyri-neft sektorunun

maliyyələşdirilməsi fəaliyyətini davam etdirmiş və kredit portfelini 7.6% artıraraq 187.3 mln

manata qədər yüksəltmişdir. Xüsusilə, biznes subyektlərinin kredit portfelinin həcmi 2018-ci illə

müqayisədə 15.7% artaraq, 130 mln. manata yüksəlmişdir.

Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. 2018-ci ilin yekunuyla müqayisədə

bankın I dərəcəli kapitalı 8.76% artaraq 66.6 mln. AZN, məcmu kapitalı 3,64% artaraq 72,8 mln.

AZN olmuşdur.

Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 30.1%-ə, məcmu kapitalın adekvatlıq

əmsalı artaraq 33%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal

tələbindən dəfələrlə çoxdur.

Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) və UniCredit (İtalya) olan Yapı Kredi Bank

Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür.

Hazırda Azərbaycanda bankçılıq sektorunda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları,

7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə

müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR