Evlərin qiyməti yenə düşəcək

Evlərin qiyməti yenə düşəcək

Milli valyutanın ötən il kəskin şəkildə dəyərsizləşməsi tikinti və mənzil bazarına da ciddi təsir göstərib. Əmlak bazarında qiymət enməsi müşahidə edilir. Ekspertlərə görə, köhnə binaların sökülməsi də əmlak bazarına təsirsiz ötüşməyəcək. 

Qeyd edək ki, paytaxtın bəzi yerlərində binaların söküntüsü ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Ekspertlər bunu tikinti şirkətlərindən məhdudiyyətsiz həcmdə söküntü və tikinti işləri haqda təkliflər qəbul ediləcəyi kimi dəyərləndirirlər. Təklifə əsasən, tikinti şirkəti öz vəsaiti hesabına binanı sökür və yerində yenisini tikir. 
Tikinti şirkəti bu halda layihələndirməni elə aparmalıdır ki, həm orda yaşayan insanları evlə təmin etsin, həm bütün xərcləri çıxartsın, həm də sonda mənfəət əldə etsin. Bu isə mərtəbənin çoxluğu və torpaq sahəsindən optimal istifadə hesabına mümkün olacaq. Dövlət birbaşa olaraq tikinti prosesinin özünə pul xərcləməyəcək, ancaq infrastruktur təminatı və inzibati dəstəyi həyata keçirəcək.

İqtisadçı-ekspert Rəşad Əliyev məsələ ilə bağlı bildirib ki, bazarda mövcud olan durum bu layihələrin cəlbediciliyini azaldır: "Çünki hazırda tikinti şirkətlərinin üzləşdiyi ən böyük problem satışdır. Satış yoxdursa, qazanc da sual altında qalır. Bu şəraitdə, sözsüz ki, həmin mənzillərin satışının ipoteka kreditləşməsi vasitəsilə aparılması böyük yardım ola bilər. Bunun üçün isə maliyyə mənbələrinə ehtiyac var. Buna görə də bu istiqamətdə dövlətin dəstəyinə yenə ehtiyac olacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, binaların söküntüsü və yerində yeni binaların tikintisi maliyyə baxımından çox fərqli nəticələr verir. Yəni elə ərazilər və elə binalar olacaq ki, tikinti şirkəti üçün qazanc əldə etmək imkanları olmayacaq. Buna görə də həmin binalara maraq olmayacaq". 

Əksər ekspertlərə görə, artıq mənzillərin qiyməti kəskin şəkildə düşüb və ilin sonuna kimi prosesin davam etməsi gözlənilir. Ölkə üzrə qiymətlərin ötən il 24-28 faiz azaldığı bildirilir. Təklifin azalmasından əvvəl tələbat da azalıb və bu proses artıq zəncirvarı xarakter alıb. Nəticədə bazarda durğunluq yaranıb. Ekspertlər mənzillərin ucuzlaşmasının 2016-cı ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.

Ekspert Nüsrət İbrahimov da bildirib ki, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun sözlərinə görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarında isə 26 faiz azalma var. Onun sözlərinə görə, əmlak bazarındakı durum həm xarici, həm də daxili amillərlə bağlıdır: "Xarici amil kimi buna neftin qiymətinin düşməsi, həmçinin Rusiyadan gələn pul kütləsinin azalması təsir edir. Daxili amillər insanların psixoloji baxımdan neqativ gözləntiləridir, insanlar əllərindəki vəsaiti xərcləməyə qorxurlar". 

Qeyd edək ki, artıq tikinti şirkətləri evlərin kreditlə satışında güzəştlər etməyə başlayıblar. Ekspertlər bunu gölzənilən addım hesab edirlər. Yəni artıq tikinti şirkətləri qiymətləri real qiymətlər səviyyəsinə endirməklə müştəri cəlb etmək istəyirlər. Mütəxəssislərin fikrincə, bundan sonra da neftin qiyməti düşərsə, evlərin qiymətlərinin ucuzlaşması qaçılmaz olacaq. 



OXŞAR XƏBƏRLƏR

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.   Sfera.az məlumat verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb. ...