Logo

Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu

Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) ilə

tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.

Bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından

olan SWIFT gpi sisteminə qoşulub. Bu sistem beynəlxalq köçürmələr zamanı

fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə

saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə

ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin

beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu

bildirib: "Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat

almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək

yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq

hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə

Azərbaycan Beynəlxalq Bankının müştəriləri bu sistemin yeni

imkanlarından da istifadə edə biləcəklər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi

Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR