Logo

AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi

AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AccessBank-ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib.

Sənəd 3-4 dekabr tarixlərində keçirilən Müşahidə Şurasının iclasında müzakirə olunub. Bundan

sonra üçillik strateji inkişaf planı dekabrın 5-də baş tutan səhmdarların növbədənkənar

yığıncağında təsdiqlənib.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, sənədə əsasən, biznesin həcminin

genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin

artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.

"AccessBank-ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr

ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib.

Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı,

AccessBank 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük

optimizmlə baxırıq. Bankımız mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider

mövqeyini qoruyur. Əhali tərəfindən AccessBank-a göstərilən etimad yüksək olaraq qalır ki,

geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin

rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının

genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas

amillər olacaq", - sədr qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR