Logo

Unibank yeni biznes məhsulunu təqdim etdi

Unibank yeni biznes məhsulunu təqdim etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Biznes tərəfdaşınızın sizdən aldığı məhsulun və ya xidmətin dəyərini ödəyəcəyini aylarla

gözləməyin. Həmin vəsaiti artıq sizə Unibank ödəyəcək. "Unibank”ın biznes sahiblərinə təqdim

etdiyi "Ticarətin maliyyələşdirilməsi” adlı kredit məhsulu, şirkətlərin yerli debitor və kreditor

borclarının faktura dəyərinin 90%-dək hissəsinin maliyyələşdirilməsi imkanı yaradır.

Bu məhsul çərçivəsində sahibkarlara təqdim olunan  "Faktorinq” və "Satışın

maliyyələşdirilməsi” kredit məhsulları, təhcizatçının borcunun alıcı tərəfindən deyil, Bank

tərəfindən ödənişini nəzərdə tutur.

"Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir

Mustafayev bildirib ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə

imkanı verir: "Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı,

satdığı malın və ya gördüyü işin dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış

və göstərdiyi xidmət dəyərinin 90%-ə qədərini "Unibank”dan əldə edə bilir. Nəticədə isə

müştərilər işlərini dayandırmadan, biznesinizlə bağlı digər plan və öhdəlikləri çox rahatlıqla və

vaxtında yerinə yetirir. Məhsulun təminatsız olması, minimal sənəd tələbi və kreditdən daha ucuz

olması, bu məhsulun üstünlüklərindəndir. Deyək ki, sahibkar 50 000 manatlıq məhsul satıb və ya

xidmət edib. Xidməti alan tərəf isə bir neçə ay sonra ödəmək imkanındadır. Bu halda həmin

borcun 90%-ə qədərini, təqdim olunan sənəd əsasında Unibank ödəyir. Bir növ bank borcu satın

alır. Borclu olan tərəf isə möhlət verilən tarixədək aldığı məhsulun (xidmətin) pulunu banka

ödəyir”.

"Ticarətin maliyyələşdirilməsi” məhsulları həm alıcı, həm də satıcı şirkət üçün üstünlüklərə

malikdir. "Faktorinq” və "Satışın maliyyələşdirilməsi” məhsulları satıcı üçün alıcının ödəniş

etməsini gözləmədən, maliyyə vəsaitini əldə etmək imkanı yaratmaqla, alıcı üçün də ödənişdə

möhlət qazanmaqla yanaşı, satınalmalarını əlavə risk və xərc olmadan artırılması imkanı

qazandırır. Bu məhsullar daim çeviklik və yeni etibarlı ticarət partnyorları tapmağı hədəfləyən

KOS seqmenti üçün çox əhəmiyyətlidir.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar

həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”,

15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də

"Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients  əldə

etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR