Xalq Bankla hədiyyələrə sahib olun

Xalq Bankla hədiyyələrə sahib olun
 

Xalq Bank Bakcell şirkətinin "Ulduzum loyallıq proqramının dəstəyi ilə "Xalq Bank və Ulduzumdan 10 000 hədiyyə” kampaniyasına start verir. Kampaniya 12 iyun 2020-ci il tarixədək davam edəcək. Bu dövr ərzində Xalq Bankın filiallarında aşağıda qeyd olunmuş bank əməliyyatlarından - təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, İnternet Banka qoşulma kimi xidmətlərdən istifadə edən hər bir şəxs 10 000 hədiyyədən birini qazanacaq.

Kampaniyada iştirak etmək üçün müştərinin Xalq Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə edərkən Bankın əməkdaşına Bakcell mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin FİN kodunu, adı, soyadı və ata adını təqdim etməsi kifayətdir. Müştəri qazandığı hədiyyəni kampaniyanın qüvvədə olduğu dövr ərzində və başa çatdığı tarixdən 1 ay müddətində Bankın hansı filialından götürmək istədiyini bildirməklə 10 gün sonra həmin filiala müraciət edərək ala bilər.

Qeyd edək ki, Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda çox uğurlu loyallıq proqramlarından biri hesab olunan "Ulduzum”un geniş partnyor şəbəkəsi 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

 

Kampaniya haqqında daha ətraflı məlumatı bankın 138 Məlumat Mərkəzindən www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...