Logo

Azərbaycan Beynəlxalq Bankı “American-Express” kartları hədiyyə edir

Azərbaycan Beynəlxalq Bankı “American-Express” kartları hədiyyə edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"American-Express” beynəlxalq kart təşkilatının ölkəmizdəki yeganə tərəfdaşı

olan Azərbaycan Beynəlxalq Bankı American Express (AmEx) kartları ilə bağlı yeni

kampaniyaya start verib. Yanvarın 31-ə qədər bankdan American Express kartı sifariş

edən hər bir müştəri hesabına vəsait mədaxil etdikdə kartı pulsuz əldə edə biləcək.

Hesaba qoyduğu vəsaitin məbləğindən asılı olaraq müştəriyə aşağıdakı növlərdə

AmEx kartı hədiyyə edilir:

100 AZN (və ya USD) mədaxil etdikdə - AmEx Green kartı (1 illik pulsuz);

300 AZN (və ya USD) mədaxil etdikdə - AmEx Gold kartı (1 illik pulsuz);

1000 AZN və ya USD mədaxil etdikdə - AmEx Platinum kartı (3 illik pulsuz)

Hədiyyələr bununla da bitmir. Kampaniya çərçivəsində sifariş olunmuş AmEx

Green, AmEx Gold kartlarına müvafiq olaraq 1 illik Mastercard Standard və Mastercard

Gold kartı, AmEx Platinum kartına isə eyni hesaba bağlı əlavə Mastercard Platinum

kartı (3 illik) hədiyyə verilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri

barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet

səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook

səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR