Logo

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

10 dekabr 2019-cu il tarixində Bakıda təşkil olunmuş "Mastercard Günü” JW Marriott

Absheron otelində baş tutdu.

"Nağdsız Azərbaycana Doğru” şüarı altında keçən tədbirdə nağdsız əməliyyatların

iqtisadiyyatın dayanıqlı inkişafındakı rolundan və bu sahədə innovasiyaların

tətbiqindən müzakirələr aparıldı.

İlin nəticələrinə görə müxtəlif iştirakçılara mükafatlar təqdim olundu. "AtaBank”

ASC yenidən "Təmassız POS-terminal sayı ən yüksək olan bank” oldu. "Mastercard”

ödəniş sisteminin rəsmi nümayəndəsi məhsuldar əməkdaşlığa görə AtaBank-a

təşəkkür edərək daha böyük uğurlara nail olmasını arzu etdi.

Nominasiya ilə bağlı "AtaBank” ASC-nin Biznesin İnkişafı departamentinin direktoru

Oruc İbrahimov qeyd etdi: "Keçən il olduğu kimi, bu il də POS-terminal sayının

yüksək sayda qoruyub saxlamışıq. AtaBank olaraq gələcəkdə də nağdsız cəmiyyətin

inkişafı üçün çalışacağıq. AtaBank əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə

dərin təşəkkürünü bildirir”.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100 faiz yerli kapitala malik,

qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin

müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim

edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR