İrandan Azərbaycana neft hasilatı ilə bağlı – MÜHÜM TƏKLİF

İrandan Azərbaycana neft hasilatı ilə bağlı – MÜHÜM TƏKLİF
İran prezidenti Həsən Ruhani bu gün ölkəsində səfərdə olan Azərbaycanın dövlət başçısı İlham Əliyevə Xəzər dənizində neft və qaz əməkdaşlığı üzrə yeni plan təklif edəcək.
Oxu.Az xəbər verir ki, bunu İranın neft naziri Bican Nəmdar Zənganəbildirib.
Onun sözlərinə görə, təkliflər Xəzərdəki neft və qaz yataqlarının istismarı və mübadiləsində iştirak məsələlərini əhatə edir.
Tehranın Bakıya təqdim edəcəyi təkliflər neft və qaz yataqlarının birgə işlənilməsi, həmçinin neft svoplarının bərpası ilə əlaqədar neft və qaz ticarətinin genişləndirilməsini nəzərdə tutur.
Bican Zənganə Azərbaycanla xam neft və təbii qaz mübadiləsində hazır olduqlarını bildirərək, "prezident Əliyevin səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyədə danışıqlar aparılacaq”, - deyə qeyd edib.
"Bu təkliflər iki dövlət başçısının qarşıdakı görüşündə qaldırılacaq”, - deyə, o, bir daha təkrarlayıb.
Zənganə vurğulayıb ki, "Xəzər dənizində neft hasilatına çəkilən xərclər İran və bəzi qonşu ölkələr üçün çox böyükdür”:
"Xəzəryanı ölkələr arasında əməkdaşlıq xərclərin azaldılmasına gətirəcək”.

OXŞAR XƏBƏRLƏR