Logo

Sahibkarlar Kapital Bank-ı tövsiyə edir

Sahibkarlar Kapital Bank-ı tövsiyə edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özsüt brendi 80 ildən artıqdır ki, ənənəvi qənnadı sirləri və xüsusi reseptlərindən istifadə edərək ləziz təamları ilə

müştərilərinin xidmətindədir. Ölkəmizin paytaxtında yerləşən restoranlar şəbəkəsinin 4 şöbəsi öz qonaqlarını hər

zaman rahat və səmimi mühit ilə qarşılayır. Pozitiv enerjisi və təbəssümü ilə seçilən Özsüt personalı isə şöbələrinin

ziyarətçilərinə diqqət və qayğı ilə yanaşır. Qonaqlarda xoş təəssüratlar yaratmaq, onları sevindirmək üçün burada

mütəmadi olaraq fərqli menyular, müxtəlif aksiya və kampaniyalar, eləcədə digər yeniliklər təqdim olunur.

Özsütün Gənclik Mall-da yerləşən şöbəsinin meneceri Sərvan Əliyev restoran şəbəkəsində xidmət səviyyəsinin

təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açdı. "Zövqlərə xitab gətirəcək yeməklərimiz, zəngin və fərqli

menyu, restoranlarımızda yaratdığımız gözəl ab-hava ilə yanaşı, yüksək səviyyəli servis göstərmək üçün şəbəkəmizə

peşəkar maliyyə tərəfdaşı da gərəkdir. Bir neçə il əvvəl şəbəkəmizin genişləndirilməsi üçün şirkətimizə sərmayə

qoymaq lazım idi. Çox düşünmədən biz kreditlə bağlı Kapital Bank-a müraciət etdik və bununla bizim

partnyorluğumuzun ilk addımı atıldı. Yeri gəlmişkən, çətin dövrdə bizə dəstək göstərdiyi üçün Kapital Bank-a çox

sağol demək istəyirəm. Əməkdaşlığımızın uğurlu olacağına əmin idik. Çünki Kapital Bank-a müraciət etməyimizin

səbəblərindən biri də bir çox müştərilərimizin hesabı ödəyərkən BirKart-dan istifadə etmələri idi. Görünür ki, bank və

onun məhsulları insanlar tərəfindən böyük rəğbət qazanıb”, - deyə, Sərvan Əliyev bildirib.

"Müasir zamanda, xüsusən də qida sahəsində təklif olunan yeməklərin keyfiyyətli olması ilə yanaşı, sifarişlərin

vaxtında masaya verilməsindən tutmuş, hesabı təqdim edənə qədər diqqətli və sürətli olmalısan. Bu səbəbdən biz

Özsüt-ün şöbələrində son günlər ölkədə gündəmdə olan smart kassa cihazlarını quraşdırmaq qərarına gəldik.

Partnyorumuz olan Kapital Bank-ın yeni kassaları barədə məlumat aldıqda dərhal onlara üz tutduq. Xüsusilə qeyd

etmək istərdim ki, cihazlar bank tərəfindən bizə tam ödənişsiz şəkildə təqdim olundu. Bu kassalar həm bizim, həm də

nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox əlverişlidir. Yeni cihazların

quraşdırılması həm işçi personalın, həm də müştərilərin işini xeyli yüngülləşdirib”, - deyə, Sərvan Əliyev bildirib.

Qeyd edək ki, Özsüt restoranlar şəbəkəsi həmçinin BirKart taksit kartının partnyorudur. Bəzən olur ki, müştərilər öz

əlamətdar günlərini qeyd etmək üçün bizim restoranlara üz tuturlar. Təbii ki, bu zaman tələb olunan vəsait adi nahar

vaxtı ödənilən məbləğdən daha artıq olur. Müştərilərimizə bildirmək istərdim ki, artıq daha böyük ödənişlərini

restoranlarımızda BirKart-la edib, məbləği 2 ay ərzində bərabər hissələrlə, heç bir əlavə faiz və komissiyasız ödəyə

bilərlər.

Yeni təamlar dadmaq və gözəl vaxt keçirmək istəyən hər kəsi Özsüt restoranlar şəbəkəsinin şöbələrində gözləyirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR