Logo

“Bank Respublika”da növbədənkənar yığıncaq keçiriləcək

“Bank Respublika”da növbədənkənar yığıncaq keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

07 Yanvar 2020-ci il tarixində "Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Sfera.az  Bankın bildirişinə istinadən xəbər verir ki, yığıncağın gündəliyinə "Bank Respublika” ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında, maliyyə nəticələri, mükafatlandırma siyasətinin təsdiqi və mükafatın ödənilməsi haqqında, Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının Əsasnamələrinin təsdiqi haqqında məsələlər daxildir.

Hazırda "Bank Respublika"da Müşahidə Şurasının sədri Şakir Rəhimov, Müşahidə Şurasının üzvləri isə Natiq Quliyev, Elçin Quliyev, Steffan Carsten və İrina Şmidt-dir.

"Bank Respublika" 13 fiziki və 5 hüquqi şəxsə məxsusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR