Bakıda qadınlara məxsus külli miqdarda pulu ələ keçirdi

Bakıda qadınlara məxsus külli miqdarda pulu ələ keçirdi

Bakıda Türkiyə vətəndaşının dələduzluq əməlləri ilə bağlı polisə müraciət daxil olub.  Sfera.az ent.az-a istinadəni bildirir ki, Xətai rayon Polis İdarəsi, 34-cü Polis Bölməsinə müraciət edən 1967-ci il təvəllüdlü Musayeva Ceyran Məmməd qızı və 1955-ci il təvəllüdlü İsmayılova Venera Salman qızı bildirib ki, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Şükrü Yeşil Rza oğlu onların külli miqdarda pulunu mənimsəyib.

Qeyd edilib ki, Y.Şükrü C.Musayevanın 5 min dollarını və V.İsmayılovanın 65 min manatını aldadaraq alıb.
 
Müraciət əsasında araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR