Logo

“NBC Bank”a əlavə maya qoyulacaq

“NBC Bank”a əlavə maya qoyulacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

26.12.2019-cu il tarixdə "NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

"Marja" "NBCBank” ASC Müşahidə Şurasının məlumatına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

-  "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması barədə.

-  Digər məsələlər.

Yığıncaq "NBCBank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində keçiriləcək.

Məlumat üçün bildirək ki, "NBC Bank” ASC-nin 64 milyon manat nizamnamə kapitalının 65,90%-i Nuru Əliyevə, 6,42%-i Aynur Kamalovaya, 6,42%-i Aysel Usubovaya, 6,16%-i Nüşabə Şəfiyevaya və  6,02%-i "Nurğun Qrup" MMC-yə, 4,3%-i Surxay Əhmədova, 2,72%-i "Caspian İnsurance Co." MMM-yə, 1,02%-i Elnur Səfiyevə, daha 1,02%-i isə Nicat Səfiyevə məxsusdur.

"NBC Bank” ASC  2019-cu ilin 9 ayını 111.5 min manat xalis mənfəət ilə başa vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR