Logo

“Unibank”dan biznes müştərilərinə daha bir dəstək

“Unibank”dan biznes müştərilərinə daha bir dəstək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Unibank biznes sahiblərinə dəstək məqsədi ilə yenidən "Əmək haqqı sizdən, xərclər bizdən”

kampaniyasına başlayıb.

Kampaniya dövründə "Unibank”ın əmək haqqı layihəsinə qoşulan həm hüquqi şəxs, həm də

fərdi sahibkar müştərilərə əmək haqqı kartları pulsuz veriləcək.

Üstəlik bu kampaniyadan faydalanan şirkətlərdən bir il ərzində əmək haqqı layihəsinə görə

komissiya tutulmayacaq. Kampaniya dekabrın 31-dək davam edəcək.

Bu kampaniyaya qoşulan korporativ müştərilər aşağıdakı üstünlükləri əldə edəcəklər:

Şirkətlər:

 Hər bir əməkdaşa 3 illik əmək haqqı kartları hədiyyə (rəhbər şəxslərə premium kartlar);

 1 il müddətinə əmək haqqı fondu üzrə xidmət tarifi – 0%.

Şirkət işçiləri:

 İşçilərin əmək haqqı kartında hesab qalıq məbləğinə 3% gəlir;

 Kartlarla alış-veriş zamanı 30%-dək cash back;

 Şirkətin işçiləri üçün illik 7 %-lə ipoteka krediti;

 Güzəştli şərtlətlə istehlak kreditləri;

 Albalı Plus kredit kartları hədiyyə.

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;

- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması

imkanı;

- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün

bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

- Sənəd dövriyyəsinin minimuma endirilməsi;

- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar

həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”,

15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də

Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients  əldə

etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR