Logo

Bank Respublika və ABA ”Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqənin qaliblərini elan etdi

Bank Respublika və ABA”Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqənin qaliblərini elan etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bank Respublika və Azərbaycan Banklar Assosasiyasının (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə

doğru” mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” nominasiya üzrə keçirdiyi müsabiqənin

qalibləri elan olundu.

Müsabiqənin keçirilməsində əsas məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılması,

bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarət idi.

Sentyabrın 26-da başlayan müsabiqəyə bir çox universitet tələbələri qoşulmuşdur. Müsabiqədə iştirak

üçün tələbələr tərəfindən çoxlu sayda maraqlı və kreativ işlər göndərilmişdir. Yazı və videolar peşəkar

münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər ölkəmizdə "Nağdsız iqtisadiyyat: Dayanıqlı

bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla

mükafatlandırılmışdır.

Ən yaxşı məqalə:

I yer - Nicat İbrahimzadə (Azərbaycan Dövlət İqtisad Universiteti)

II yer – Yunus Babasoylu (Bakı Mühəndislik Universiteti)

II yer – Səbir Məmmədova (Azərbaycan Dillər Universiteti)

Ən yaxşı video:

I yer – Aydan Xudiyeva (Odlar Yurdu Universiteti)

I yer – Heydər Məmmədov (Bakı Dövlət Universiteti)

Qeyd. Ən yaxşı video müsabiqəsində hər iki iştirakçı I yerə layiq görülüb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng

edərək əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR