Logo

“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək

“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda

keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Azərbaycan Milli

Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -

Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında yüksək

nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi

komandanın qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında

qələbə qazanmaqdır: "Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki,

idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə

Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”.

Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının

nəticələrini çox uğurlu hesab edir: "Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq.

Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf

edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq”.

Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını

qaldırmaqdır: "Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə

Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın

yanındadırlar. "Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə

hədəflənə bilməzdik”.

Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd

lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılıb.

Unibank Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!

Unibank – hər kəsin bankı!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR