Azərbaycan benzin və dizel istehsalını artırıb
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 400,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1% azdır.
Sfera.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından sürtkü yağlarının, neft bitumunun, ağ neftin, neft koksunun istehsalı azalıb, avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
|
Məhsul növləri |
2019-cu ilin yanvar-sentyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
|
Avtomobil benzini, min ton |
914,9 |
100,9 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
202,4 |
119,7 |
|
Ağ neft, min ton |
460,1 |
98,1 |
|
Dizel yanacağı, min ton |
1 635,4 |
107,7 |
|
Yanacaq mazutu, min ton |
95 |
155,2 |
|
Sürtkü yağları, min ton |
17 |
15,7 |
|
Neft bitumu, min ton |
185 |
84,4 |
|
Neft koksu, min ton |
189,1 |
96,5 |






