“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub

“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub
 

"Atabank” ASC bu ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə başa vurub.

Sfera.az  Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 74,4% azdır.

9 ay ərzində "Atabank”ın gəlirləri 28,341 milyon manat (illik müqayisədə 19,8% az), xərcləri 33,31 milyon manat (9,7% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,991 milyon manat (3,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Atabank”ın aktivləri 532,074 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7% azdır. Bunun 341,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,1% kiçilib.

Hesabat dövründə "Atabank”ın öhdəlikləri 12,4% azalaraq 389,438 milyon manata, o cümlədən depozit portfeli 6,2% azalaraq 286,268 milyon manata, balans kapitalı isə 1,3% azalaraq 142,636 milyon manata düşüb.

Xatırladaq ki, "AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu "Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova ("Synergy Group”un 99%-lik səhmdarı, "Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur. 


OXŞAR XƏBƏRLƏR

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...

Kremldən təklif: Tramp və Putin bu şəhərdə görüşsün

Kreml İkinci Dünya müharibəsinin 80-ci ildönümü münasibətilə Çin paytaxtı Pekində keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald ...

Azərbaycanda bu universitetdə yeni təqaüd təsis edildi

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin ...

Culfada avtomobil ana və qızını vurub

Culfada avtomobil ana və qızını vurub.   Sfera.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yayc...

Azərbaycanda məktəblərin sayı azalır - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb.  Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər....

Xaricdə təhsil alanlara xəbərdarlıq!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.   Bu barədə Sfera.az-a Ag...