Logo

Nikoil Bank maliyyə nəticələrini açıqladı

Nikoil Bank maliyyə nəticələrini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nikoil Bank bir çox maliyyə göstəricilərində müşaidə olunan müsbət

dəyişiklikləri qeyd edərkən, növbəti rüb üçün maliyyə göstəricilərini //www.nikoil.az

saytında yerləşdirdi. 2019-cu ilin ikinci və üçüncü rüblərini müqayisə etdikdə aktivlərin

17,96 milyon manat (4,2%) artdığını görürük. O cümlədən əmanətlər 8,1 milyon manat

(16.55%), qiymətli kağızlara investisiya 12.5 milyon manat (71%) artmışdır. Müştərilərə

verilən kreditlərin 23,5 milyon manat (8.83%) artması da müşahidə olunur.

Nikoil Bank-a etibarın artması nəticəsində müştərilərdən cəlb olunan vəsait 24 milyon

manat (9.35%) artdı. Beləliklə, fiziki şəxslərin məcburi əmanətləri 2,5 milyon manat

(13.5%), fiziki şəxslərin müddətli əmanətləri 18.7 milyon manat (9.4%), hüquqi şəxslərin

əmanətləri 7.6 milyon manat artmışdır (21,8%).

30 sentyabr 2019-cu il tarixinə bankın zərəri 1,6 milyon manat, mənfəət 2,7 milyon

manat təşkil etmişdir. Bu azalma (4,3 milyon manat), 2019-cu il 1 may tarixində qüvvəyə

minən "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərə görə ehtiyat yaradılması”

qaydalarına edilən dəyişikliklərə uyğun olaraq, 4.8 milyon manat məbləğində əlavə

ehtiyatların yaradılması ilə əlaqədardır.

Sentyabr rübü üçün müsbət bir göstərici bank müştərilərinin 9 920 nəfər (15.9%),

müddətli əmanətləri olan şəxslərin sayı 538 nəfər (16%), debet və kredit kartlarının sayı

6064 (20.6%), kredit hesabı olan müştərilərin sayı 7881 (25%) artmasıdır.

Hərəkətverici qüvvənin, yəni Nikoil bank işçilərinin sayı 125 nəfər artmışdır (15,9%). Bu,

əvvəlki illərdə dondurulmuş layihələrin bərpa olunmasını və strateqiyanın nəzərdən

keçirilməsi zamanı hədəfə alınan sahələrin inkişafını göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR