Logo

Unibank 100-cü onlayn biznes kreditini verib

Unibank 100-cü onlayn biznes kreditini verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən

Unibank, bu sahədə 100-cü krediti rəsmiləşdirib. Onlayn kreditləşmənin 1 ilinin tamam

olduğu ərəfədə, 100-cü krediti 23 ildir "Unibank”ın müştərisi olan şirkət götürüb.  100-cü

krediti götürən şirkət rəhbərinə məhsulun 1 ilinin tamam olması münasibəti ilə Unibank

tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Qida sektorunda tanınmış şirkətlərdən olan "Gulistan Baku” MMC-nin rəhbəri Gülnarə

Allahverdiyeva bildirib ki, şirkəti artıq bir neçə dəfə "Unibank”ın onlayn kredit

məhsulundan faydalanıb: "Biz 20 ildən artıqdır ki, "Unibank”la əməkdaşıq edirik. Öz

şirkətimizin nümunəsində "Unibank”ın biznesə dəstəyini 10 ballıq şkala ilə 10 bal ilə

dəyərləndirərdim. Maliyyə dəstəyi lazım olan zaman, yüksək səviyyədə bank xidməti ilə

təmin olunmuşuq. Onlayn kredit məhsulunun isə sahibkarlar üçün xüsusi dəyəri var. Ani pul

lazım olanda əmin oluruq ki, müraciətimiz dəqiqələr ərzində qarşılanacaq. Daim inkişaf

yolunda olan biznes üçün belə operativ dəstək çox vacibdir və biz bu dəstəyi hər zaman

"Unibank”dan görmüşük”.

"Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor

müavini Samir Mustafayev bildirib ki, biznes sahibləri üçün vaxt çox dəyərlidir və onlayn

kreditləşmənin əsas məqsədi də sahibkara şirkətindən ayrılmadan dəstək göstərməkdir:

"Biznes sahibinə qısamüddətli və təcili kredit lazım olanda, çox sərfəli şərtlərlə, həm də cəmi

15 dəqiqə ərzində "Unibank”dan götürə bilir. Bunun üçün banka gəlməyə ehtiyac yoxdur,

çünki overdraft krediti birbaşa sahibkarın hesabına köçürülür. Bu kreditin girovsuz olmağı da

sahibkarlar üçün bir üstünlükdür. Unibank olaraq çox şadıq ki, sahibkarlarımıza anında

maliyyə dəstəyi göstərə bilirik və hər çətinliyə düşəndə onların yanındayıq”.

Overdraft kreditlərin üstünlükləri:

- Biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərini operativ şəkildə təmin edir;

- Güzəşt müddəti dövründə faizlərin hesablanmaması;

-100.000 AZN-dək kredit ayrılması mümkündür;

- Sahibkar krediti banka gəlmədən dəqiqələr ərzində əldə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR