Logo

AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son zamanlar bank sektoru, həmçinin "AtaBank” ASC barəsində qərəzli xoşagəlməz

xəbərlər yayılır.

Bununla bağlı AtaBank xəbərləri yaymış saytların ictimaiyyətə yanlış məlumatların

verilməsi halından təəssüfləndiyini bildirir və bununla bağlı aşağıdakıları çatdırmaq

istəyir.

Belə ki, AtaBank bildirmək istəyir ki, bankın fəaliyyəti haqda mətbuatda

işıqlandırılmış bu xəbər heç bir fakta əsaslanmır. Bank stabil fəaliyyətini davam

etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin

çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun

tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara

məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.

Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə

məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan

etimadını sarsıdır.

Həmçinin vurğulamaq istərdik ki, dövlətin bank sektorunun inkişafı istiqamətində

apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran

informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media

nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR