Logo

Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialını və Qax şöbəsini də yenidən qurdu

Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialını və Qax şöbəsini də yenidən qurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xidmət keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması

məqsədilə filialların transformasiyası layihəsini həyata keçirən Azərbaycan

Beynəlxaq Bankı filial və şöbələrin müasirləşdirilməsi tədbirlərini davam etdirir.

Bu layihə çərçivəsində yenidən qurulmuş növbəti xidmət ofisləri bankın

Nərimanov filialı və Qax şöbəsi olub. Azərbaycan Beynəlxalq Bankının Nərimanov

filialı əvvəlki ünvanında - Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi – 94-də

yerləşən binasında müştərilərə xidmət göstərir. Qax şöbəsi isə ünvanını da dəyişib.

Şöbə bundan sonra öz fəaliyyətini Qax şəhəri, İmam Mustafayev küçəsi - 33

ünvanındakı yeni binasında davam etdirəcək.

Geniş ərazidə yerləşən hər iki bina əsaslı təmir edilərək bankın korporativ

üslubuna, müasir xidmət standartlarına tam uyğunlaşdırılıb, müvafiq bankçılıq

texnologiyaları ilə təchiz edilib. Həm Nərimanov filialında, həm də Qax şöbəsində

müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Nərimanov

filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər,

pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə

əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.

Qeyd edək ki, Nərimanov filialı şənbə günləri də müştərilərin xidmətindədir.

Qax rayonunda bank məhsul və xidmətlərinə ehtiyacı olan müştərilər də

Azərbaycan Beynəlxalq Bankının onlar üçün kifayət qədər əlçatan Qax şöbəsinin

yaratdığı çeşidli imkanlardan faydalana bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook

səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR