Logo

ABA ekspert qrupu Türkiyədə Yapı Kredi Bank ilə görüşüb

ABA ekspert qrupu Türkiyədə Yapı Kredi Bank ilə görüşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

24 sentyabr 2019-cu il tarixində  Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata

keçirilən Təcrübə Mübadiləsi Proqramı çərçivəsində ABA-nın "Ödəniş sistemləri və alternativ

xidmət kanalları” üzrə ekspert qrupunun Türkiyə Respublikasında Yapı Kredi Bank ilə görüşü

baş tutub.

Ekspert qrupunda təmsil olunan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət

Palatasının, Mərkəzi Bankın və  bir sıra bankların nümayəndələrinin əməkdaşların iştirak etdiyi

görüşdə Yapı Kredi Bankın Kartlar üzrə Marketinq departamentinin direktoru Sabri İnci və Üzv

Ticarət Obyektləri üzrə Marketinq və Partnyorlarla Əlaqələrin İdarəedilməsi departamentinin

direktoru Aslı Ulusoy tərəfindən bankın ödəniş kartları bazarı, loyallıq proqramları, kart

infrastrukturu ilə işin təşkili, tətbiq olunan yeniliklər mövzusunda təqdimat keçirilərək ətraflı

məlumat verilib.

Görüş zamanı  Azərbaycanda ödəniş kartları bazarında mövcud vəziyyəti və bu istiqamətdə bank

işinin təkmilləşdirilməsi üzrə atılacaq addımlar müzakirə edilib.

İlk dəfə reallaşdırılan təcrübə mübadiləsi proqramı Türkiyə və Azərbaycan bankarı arasında

rəqəmsal ödənişlər sahəsində qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişlənməsinə, yeni

tərəfdaşlıq əlaqələrinin müəyyən edilməsinə imkan verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR