Elman Rüstəmov Azərbaycandakı saxta pullar haqda

Elman Rüstəmov Azərbaycandakı saxta pullar haqda
 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurumun saxta əsginaslarla bağlı kommersiya banklarına etdiyi xəbərdarlığı şərh edib.

Sfera.az bildirir ki, baş bankir "Report"a açıqlamasında deyib.

"Saxta əsginaslarla mübarizə bizim işimizin daimi istiqamətlərindən biridir. Təbii ki, banklar diqqətli olmalıdır. Baxmayaraq ki, Azərbaycanda saxta nağd pulların həcmi o qədər də çox deyil, bu məsələ ilə bağlı hər hansı əlahiddə vəziyyət yoxdur. Bizdə aşkar edilmiş saxta nağd pulların xüsusi çəkisi digər ölkələrdən qat-qat aşağı olsa da, biz daim Daxili İşlər Nazirliyi (DİN) və digər hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik. Koordinasiyalı iş qururuq. Daim bu məsələ diqqət mərkəzində saxlanılır”,-deyə AMB sədri əlavə edib.

Xatırladaq ki, ötən həftə AMB ölkədə olan kommersiya banklarına saxta əsginaslarla bağlı xəbərdarlıq məktubu göndərib. Məktub dövriyyədə saxta pul əsginaslarının olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.

Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginasları kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılıb.

Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...