Kapital Bank təqaüdçülərin bilik yarışını təşkil etdi

Kapital Bank təqaüdçülərin bilik yarışını təşkil etdi
 
Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihəni həyata keçiririb. Bu dəfə
"Yaşa” Mərkəzinin üzvləri komandalar şəklində intellektual oyunda biliklərini sınayıblar. Məşhur "Nə? Harada? Nə
Zaman?” oyunları formatında keçən yarışma 21 sentyabr 2019-cu il tarixində keçirilib.
Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. "Turan” intellektual klubunun təsisçisi
Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən
mübarizə zamanı "Uğur” komandası birinci yerə, "Çinar” komandası ikinci yerə, "Orxideya” komandası isə üçüncü
yerə layiq görüldü.
Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak
edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul
mükafatları da verildi. Tədbirdə çıxış edən "Üçüncü Bahar” təşəbbüs qrupunun həmtəsisçisi Nərmin Qəniyeva
komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və gələcək aylarda eyni formatda "Qış
oyunları”nın da keçiriləcəyini dedi.
Qeyd edək ki, "Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və "Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun
Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir. Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü
var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün
0556801155, 012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...