Logo

Bağlanan bankın əmanətçiləri kompensasiyalarını necə ala bilərlər?

Bağlanan bankın əmanətçiləri kompensasiyalarını necə ala bilərlər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin "Muğanbank" ASC və "Rabitə Bank"

ASC-yə yönəldilmiş qorunan əmanətçiləri bu gündən kompensasiyaların alınması üçün bu iki

agent banka ərizə ilə müraciət edə bilərlər.

Sfera.az bildirir ki, Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə,

sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin

qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

 
Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin 

Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən,

sığorta hadisəsi baş vermiş

"Texnikabank" ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından

əldə edə bilər.

 
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Texnikabank" ASC-də əmanəti olduğu 

filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq

üçün ərizələri təqdim edə bilərlər.

Bağlanan bankın əmanətçiləri kompensasiyalarını necə ala bilərlər?Bağlanan bankın əmanətçiləri kompensasiyalarını necə ala bilərlər?

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin

30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

 
Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:
 
(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR