Bağlanan bankın əmanətçilərinə 123,2 mln. manat veriləcək

Bağlanan bankın əmanətçilərinə 123,2 mln. manat veriləcək

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin 

qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb. 

Sfera.az  APA-ya istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru 

Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib ki, bu bankın 20 340 qorunan 

əmanətçisinə 123 mln. 166 min 426 manat kompensasiya veriləcək.

 
"Biz hesablamalarımıza görə, bu bankın əmanətçilərinə 79 mln. manat verilməli idi. Bir ay 4

gün ərzində hesablamalar zamanı daha 43 mln. manat artıq oldu. Hazırda bu məlumatların 

dəqiqləşdirilməsi prosesi gedir", - deyə A.Cavadov qeyd edib.

 
Xatırladaq ki, 30 iyul 2007-ci ildən fonda üzv olan "Texnikabank" ASC-də 4 fevral 2016-cı il

 tarixində sığorta hadisəsi baş verib.

 
Fondun Himayəçilik Şurasının fevralın 11-də verdiyi qərara əsasən sığorta hadisəsi baş vermiş

 "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent

 bank olaraq "Muğanbank" ASC, "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapital Bank" ASC seçilib.

 
Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin 

Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, 

sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin filiallarından, agent banklarin filiallarından 

və www.adif.az saytından əldə edə bilər.

 
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Texnikabank" ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.
 
Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
 
Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:
 
(012) 596 65 91/92/93 və "941" nömrəli qaynar xətt

OXŞAR XƏBƏRLƏR