Logo

"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri

"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Manat devalvasiyadan sonra itirilmiş mövqelərini bir qədər bərpa edib. Bu, milli valyutaya

olan inamın yenidən bərpa olunmağa başlaması ilə bağlıdır. Bəs ölkədəki bu situasiya bankların

valyuta mübadiləsi əməliyyatlarına necə təsir göstərib?

Ötən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən proseslər bir sıra istiqamətlərdə əlavə

tədbirlər həyata keçirmək, qanunvericilik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları

ortaya çıxardı.

Kəpəz TV (Region TV) xəbər verir ki, bir neçə ay ərzində həyata keçirilən tədbirlər maliyyə

bazarında yaranmış ajiotajın səngiməsinə imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib

addımlar atılır. Bir çox banklar bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların

tələbatı tam təmin olunur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı

mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici

valyuta satışını normal qaydada həyata keçirirlər.

Ələsgər Həsənov - bank müdiri: "Tələbatı nəzərə alaraq, Mərkəzi Bankla, baş ofislə daim

əlaqə saxlayırıq. Lazım gəldikdə, ehtiyat yarandıqda təcili şəkildə valyuta və ya Azərbaycan

manatının gətirilməsini təmin edirik ki, şəhərimizin və yaxud da qonaqlarımızın tələbatını ödəyə bilək".

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin

edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri

adi iş rejimində fəaliyyət göstərir. Bəzi banklar isə bazar günü də valyuta mübadiləsini davam

etdirməyə qərar veriblər. Manatın məzənnəsinin stabilləşməsi də buna imkan verir.

Ələsgər Həsənov: "Amma son vaxtlar deyərdim ki, insanlar daha çox valyutanı, yəni dolların

alınmasına üstünlük verirdilərsə, artıq əks tendensiya yaranıb. Artıq insanlar manatın möhkəmləndiyini

nəzərə alaraq istəyirlər ki, öz dollarlarını manata dəyişsinlər".

Bununla belə Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət ciddi nəzarət altında saxlanılır

və qanunsuzluqların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR