Bank BTB-də daha bir Departament yaradılıb və rəhbər təyin edilib

Bank BTB-də daha bir Departament yaradılıb və rəhbər təyin edilib
 

Bank BTB-də daha bir Departament yaradılıb və ona rəhbər təyin edilib.

 

Bankdan daxil olmuş məlumatda bildirilir ki, Pavel Karpenko Bank BTB-nin Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyinat alıb. O, bankda proqramlaşdırma və rəqəmsal inkişaf proseslərinə rəhbərlik edəcək.

 

Pavel Karpenko Azərbaycan Neft Akademiyasının Tədbiqi Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pavel Karpenko maliyyə strukturunda İT İdarəetmə, Məlumat Təhlükəsizliyi, Bizness Proseslərin və Xidmətlərin Rəqəmsal Transformasiya  inkişafı sahəsində geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib. Pavel Karpenko peşəkar fəaliyyətinə baş proqramçı kimi başlayaraq Muganbank-da Departament rəhbərinədək peşəkar yol keçmişdir.

 

İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Sertifikatlı Peşəkar (CISSP), Bankın davamlı fəaliyyətinin təşkili, SAP Bizness Obyektləri, Oracle OCP, Microsoft ASP.NET və başqa istiqamətlər üzrə sertifikatlaşdırılmış kurslardan və təlimlərdən keçib.

 

Qeyd edək ki, Bank "BTB” ASC-də 2019-2021-ci illər üçün yeni təsdiqlənmiş strateji planında rəqəmsal bankçılığın inkişafı xüsusi yer alıb. Belə ki, yeni inkişaf strategiyası çərçivəsində bank diqqət və resurslarını müştərilərinin biznes ehtiyaclarına uyğun rəqəmsal həllərin yaradılmasına yönəldib. Əsas hədəf daim inkişaf edən və innovativ texnologiyalarından istifadə edərək Bankın mövcud əməliyyatlarını alternativ rəqəmsal kanallar vasitəsi ilə rahat, tez və təhlükəsiz qaydada həyata keçirilməsini təmin etməkdir.

 

Xatırladaq ki, Bank "BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planın çərçivəsində yeni kadrların cəlb olunması prosesinə start verib. Bundan öncə bankda Kreditlər, Hüquq və Marketinq departamentlərində təyinatlar edilib. Hal-hazırda qeyd olunan istiqamətlər üzrə bankda aktiv vakansiyalar //bit.ly/2KpKQTm mövcuddur.


OXŞAR XƏBƏRLƏR

"Şrek" obrazına ilham verən güləşçi - FOTO

“Fransız mələyi” kimi tanınan güləşçi Maurice (Moris) Tilletdə əllər, ayaqlar və üz cizgilərinin hədsiz dərəcədə şişməsinə səbəb olan akromeqaliya x...

Həyat yoldaşına görə Bekhemlərlə əlaqəni kəsdi

Modelyer Viktoriya Bekhem ilə gəlini Nikola Pelts arasında illərdir davam edən gərginlik hələ də bitməyib.   Sfera.az xarici mətbuata istinadən xəbər...

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerji...

Milli Qurtuluş Günündə konsert olacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. ...

İsrailin müdafiə naziri: İran bütün qırmızı xətləri keçdi

İsrailin müdafiə naziri İsrael Katz İranın mülki yaşayış məntəqələrinə zərbələr endirdiyini deyib: “İran İsraildəki mülki hədəflərə raketlər atmaqla bütün...

İran raketlərindən bir neçəsi İsrailin MTN binasına dəydi

İranın atdığı ballistik raketlərdən bir neçəsi İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.   Sfera.az xəbər verir ki, bu barədə İRNA ag...