Logo

​Rusiya yeni devalvasiyaya yaxındır

​Rusiya yeni devalvasiyaya yaxındır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya höküməti neftin qiymətinin büdcədə nəzərdə tutulan 50 dollar/barel həddindən təxminən

iki dəfə aşağı olması səbəbindən büdcədə yaranan kəsiri milli valyuta - rublun devalvasiyası

hesabına örtməyə çalışa bilər.

Report-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, maliyyə analitiklərinin fikrincə,

Rusiya hökuməti büdcə kəsirini örtmək üçün rublun devalvasiya həddini qeyri-formal olaraq

müəyyənləşdirmək imkanlarını araşdırır. Bu məqsədlə Rusiya Bankının (mərkəzi bank) valyuta

bazarına müdaxiləsi (valyuta intervensiyası) artırıla bilər.

Hökumət rublun məzənnəsinin hər hansı hədəf səviyyəsini rəsmi açıqlamaq fikrində deyil. Rusiya

Bankı hər bəyanatında rublun məzənnəsinin tələb və təklif əsasında formalaşdığını qeyd edir. Lakin

rublun devalvasiyası üçün Mərkəzi Bankın əlində hər cür imkan var və əsas məqsəd neftin bir qədər

də ucuzlaşması halında rublun möhkəmlənməsinə imkan verməməkdir.

Qeyd edək ki, Rusiya hökuməti 2016-cı il büdcəsində neftin baza qiymətini 50 dollar/baeldən götürsə

də hələ ki, real qiymət 30 dollar/barel ətrafındadır. Qiymətlərin bu səviyyəsində büdcədə 3% kəsiri təmin

etmək üçün 2,5 trln. rubl (31,7 mlrd. dollar) vəsaitə ehtiyac yaranır. Maliyyə naziri Anton Siluanov yaranan

kəsiri örtmək üçün Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə biləcəklərini vurğulayıb. Dekabr ayında

"Bank of America Merril Lynch" açıqladığı hesabatında neftin qiymətinin 30 dollar/barel səviyyəsində

qalacağı təqdirdə Rusiyada dolların məzənnəsinin 100 RUR/USD-dən artıq olacağını proqnozlaşdırıb.

Bankın ekspertləri bildiriblər ki, neft 40 dollar/barel olarsa, məzənnə 84 RUR/USD olmalıdır.

Qeyd edək ki, hazırda Rusiyanın mütəşəkkil valyuta bazarında dolların məzənnəsi 79 rubla bərabərdir.

Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, dolların məzənnəsinin 1 rubl artması büdcə gəlirlərini

35-40 mlrd. rubl artırır. Lakin "BofA Merril Lynch"in baş iqtisadçısı Vladimir Osakovskiyə görə, rublun

devalvasiyasının inflyasiyada xüsusi çəkisi 2015-ci ildə 60% təşkil edib. Hazırda yeni bir devalvasiya

hökumətin 4% inflyasiya hədəfinə zərər yetirə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR