​Qızılın qiyməti sürətlə artır

​Qızılın qiyməti sürətlə artır
Dünya bazarında qızılın qiyməti 1 240 dollar/unsiya həddinə çatıb. "Report"un analitik qrupu hesab edir ki, növbəti qiymət hədəfi 1 300 dollar/unsiyadır. 

Qeyd etmək lazımdır ki, qızılın qiymətinin artması ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünən, fevralın 10-da Konqresdəki açıqlamaları olub. C.Yellen dünya iqtisadiyyatındakı mövcud problemləri etiraf edərək bildirib ki, ABŞ iqtisadiyyatı bu situasiyada neqativ təsirə məruz qala bilər. Bununla da FES maliyyə bazarlarını başa salmağa çalışıb ki, qlobal bazarlarda mənfi tendensiya uçot dərəcəsinin artırılmasının ertələnməsinə səbəb olacaq. "Societe General" bankının analitiki Mark Kinan, C.Yellenin açıqlamalarını FES-in uçot dərəcəsini çox ehtiyatla artıracağı kimi qiymətləndirib.

Açıqlamalardan sonra investorlar maliyyə bazarlarının xaos hallarında ən sabit və etibarlı aləti olan qızılı almağa başlayıblar. Belə ki, dünəndən etibarən qızılın bir unsiyası 58 dollar və ya 4,9% artaraq 1 240 dollar/unsiyaya çatıb. FES-in dekabrdakı faiz artımından sonra isə qızıl 15,9% bahalaşıb.
Buna baxmayaraq, qızıla tələb 2015-ci ildə artmayıb, əksinə, təklifdə bir qədər azalma müşahidə edilib. Belə ki, Beynəlxalq Qızıl Şurasının (WGC) "Qızıl tələbi trendi" hesabatına əsasən, keçən il qızıla tələbat 4 212,2 ton təşkil edib ki, bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 14,2 ton və ya 0,3% azdır. Hesabatda həmçinin bildirilir ki, 2015-ci ilin son rübündə qızıla tələbat 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4% artaraq 1 117,7 ton təşkil edib. Təklif edən ölkələr sırasında isə ən çox azalma Cənubi Afrika Respublikası (dekabrda - 4,9%) üzrə qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...