Logo

Saatlıda pambıq sahələri susuzluqdan məhv olur- NAZİRLİYİN MÖVQEYİ

Saatlıda pambıq sahələri susuzluqdan məhv olur- NAZİRLİYİN MÖVQEYİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Saatlı rayonu Məmmədabad və Əliabad kəndlərinin fermerləri öz sahələrini suvarmaq üçün su tapmırlar. Bu səbəbdən də əkilən pambıq sahələrinin susuzluqdan yanması fermerlər arasında təşvişə səbəb olub. Acınacaqlı vəziyyət artıq sosial şəbəkələrdə də geniş müzakirəyə çevrilib.
Saatlıda pambıq sahələri susuzluqdan məhv olur- NAZİRLİYİN MÖVQEYİ
İqtisadiyyat.Az saytı məsələ ilə bağlı Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxlasa da müraciətimiz cavabsız qaldı. Lakin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, artıq məsələ nəzarətə götürülüb:
Saatlıda pambıq sahələri susuzluqdan məhv olur- NAZİRLİYİN MÖVQEYİ

"Biz Saatlı rayon şöbəsi ilə məsələni müzakirə etdik. Sözügedən problemin həlli Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC ilə müştərək olduğu üçün məsuliyyət həm də bu qrumun üzərinə düşür.”

Qeyd edək ki, bu problem bir neçə gündür ki, davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR