Logo

Ərzaq məhsulları ucuzlaşacaq – Rəsmi

Ərzaq məhsulları ucuzlaşacaq – Rəsmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.

Mərkəzi Bankdan (MB) Teleqraf.com-a verilən məlumatda qeyd olunub ki, ötən ilin aprelindən bu ilin aprelinə qədər ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.

Qeryd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR