AccessBank-ın Müşahidə Şurası yenidən formalaşdırılıb

AccessBank-ın Müşahidə Şurası yenidən formalaşdırılıb
"AccessBank" QSC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. Müvafiq qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub.

Qərara əsasən, Oleq İvaniyçuk bankın Müşahidə Şurasının sədri seçilib. Cənab İvaniyçuk "responsAbility Investments AG" investisiya şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən etibarən Restrukturizasiya bölməsinə rəhbərlik edir. 

Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) Müşahidə Şurasının yeni üzvləri kimi fəaliyyətə başlayıblar. 

Cənab Rubli 2010-cu ilin noyabr ayından etibarən Asiya İnkişaf Bankında Korporativ bərpa üzrə baş mütəxəssis vəzifəsində çalışır. O, həmçinin Asiya İnkişaf Bankının Risklər üzrə katibliyinə də rəhbərlik edir. 

Dariuş Katsprşik 2018-ci ilin iyun ayından etibarən Polşanın tənzimləyici qurumu tərəfindən "Bank BPS SA"-nın bərpası üzrə idarəedici vəzifəsində çalışır. Bunadək təcrübəli mütəxəssis bir sıra iri banklarda rəhbər vəzifələrdə işləyib. 

Verner Klas 2008-ci ildən etibarən "International Financial Consulting Ltd." şirkətində baş hüquqşünas və "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır. 

2014-cü ildən "AccessBank"ın Müşahidə Şurasının üzvü olan Rayner Müller-Hanke sözügedən vəzifədə fəaliyyətini davam etdirəcək. 

Xatırladaq ki, sözügedən dəyişikliklərə qədər Müşahidə Şurasının sədri Yan Klasen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...