Logo

BTB Kapital İnvestisiya Şirkəti beynəlxalq partnyor şəbəkəsini genişləndirdi

BTB Kapital İnvestisiya Şirkəti beynəlxalq partnyor şəbəkəsini genişləndirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"BTB Kapital İnvestisiya Şirkəti" beynəlxalq partnyor şəbəkəsini genişləndirib. İnvestisiya Şirkəti ABŞ-ın ən böyük broker şirkətlərindən biri olan və maliyyə bazarlarında 40 ildən çox fəaliyyət göstərən  "İnteractive Brokers"lə müqavilə bağlayaraq müştərilərinə dünyanın 30-dan çox ölkəsinin fond birjalarında istənilən qiymətli kağızlarla  ticarət etmək və investisiya əməliyyatları həyata keçirmək imkanını yaradıb.

Müştərilər ABŞ, Kanada, Meksika, Braziliya, Avropa Birliyi ölkələri və Böyük Britaniya, Cənubi Afrika, İsrail, Yaponiya, Cənubi Koreya, Hindistan, Sinqapur, Avstraliya və digər fond bazarlarında səhm, dövlət və korporativ istiqrazlar, Avrobondlar, qiymətli metallar,  ETF (Birjada ticarət edilən fondlar), fyuçerslər, opsiyonlar və digər qiymətli kağızları "BTB Kapital" vasitəsilə əldə edə bilərlər.

Xatırladaq ki, "BTB Kapital" daha əvvəl "Türkiyə İş Bankı"nın törəmə şirkəti olan "İş Yatırım" broker şirkəti ilə müqavilə bağlayaraq müştərilərinə Türkiyə fond birjasında əməliyyat etmək imkanı da yaratmışdı.

Qeyd üçün,

"BTB Kapital İnvestisiya Şirkəti"ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli İŞ-03 saylı investisiya şirkəti lisenziyasına əsasən fəaliyyət göstərir. Qeyd olunan lisenziyaya əsasən, "BTB Kapital İnvestisiya Şirkəti" ASC qiymətli kağızlar bazarında bütün növ əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsini təmin etmək hüququna malikdir. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR