Logo

"Xalq Bank"ın 30-cu filialı fəaliyyətə başladı

"Xalq Bank"ın 30-cu filialı fəaliyyətə başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

15 aprel 2019-cu il tarixindən etibarən ASC "Xalq” Bankının Mərdəkan qəsəbəsində yeni filialı fəaliyyətə başlayıb.

"Mərdəkan” filialı Bankın sayca otuzuncu, Bakı şəhərində fəaliyyət göstərən onuncu filialıdır.

Yeni filial əhaliyə, sahibkarlara və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial, Bakı şəh., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, Yesenin küç., 334 ünvanda yerləşir.

Telefon: (+994 12) 454 06 45

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR