Logo

Rabitəbank sürətlə böyüyür! - HESABAT

Rabitəbank sürətlə böyüyür! - HESABAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rabitəbank" ASC 2019-cu ilin ilk rübünü, 3.2 mln. manat mənfəətlə başa vurub.

Bankın cəmi gəlirləri 12 mln. manatadək yüksəlmişdir.

Aktivlərin həcmi isə 717 mln azn təşkil etmişdir. Bankın kredit portfeli, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 37% artaraq, 345 mln azn-ə çatmışdır.

Həmçinin, 2018-ci ilin birinci rübü ilə, cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunmuşdur. Bu gün, "Rabitəbank” əməkdaşlarının sayı 766-ya çatmışdır.

"Göstəricilərin yüksək olması, Rabitəbankın yenilikləri və tətbiqləri ilə əhali arasında geniş inam və rəğbət qazanmasının bariz nümunəsidir. Ümumən isə, bank unikal xidmətlərinin təqdim etməyə və yeni xidmət nöqtələrinin fəaliyyətinə hazırlaşır”,- Bankın məlumatında bildirilir.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR