Logo

Azərbaycanda soğanı bahalaşdıran səbəb - İran ixracı qadağan edib

Azərbaycanda soğanı bahalaşdıran səbəb - İran ixracı qadağan edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranda martın 4-dən kartof və soğanın ixracı qadağan edilib.

Sfera.az trend-ə istinadən məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.

A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur.

Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrfatı məhsulları idxal edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR