Unibank
KB İdarə heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında" Fərmanı banklar üçün çox vacib əhəmiyyət
daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində
bankların kapital mövqeyi xeyli gücləncək:
"Banklar problemli
kreditlərlə bağlı kifayət
qədər kapital ehtiyatları yaradırlar. Bu onların kapitallarının aşağı düşməsinə
səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata
keçirilməsini məhdudlaşdırır. Problemli kreditlərin ödənişlərinin həyata
keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər
möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda proqram çərçivəsində
banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə
imkan yaradacaq. Belə ki, problemli kreditlər üzrəödəniş nəticəsində bank
sistemindəhər 100 milyon manatkapital artımıəlavə 1
milyard manat kredit vermə imkanı yaradır. Bildiyiniz kimi, kiçik və orta
sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyyə olunur. Dövlətin dəstəyi
bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq.
İkinci və əsas məsələlərdən
biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli
kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər.
Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki,
bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır.
Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə
azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.
Üçüncü və ən vacib məsələlərdən
biri, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə
yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli
kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin
görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu
problemlərin Cənab Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və
müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı
inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ
aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi
üçün likvidlik dəstəyi- yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş
olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”.