Logo

Bağlanan bankların əmanətçilərinə yeni xəbər - VİDEO

Bağlanan bankların əmanətçilərinə yeni xəbər - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lisenziyası ləğv olunmuş "Yunayted Kredit Bank"ın əmanətçiləri vəsaitlərini almaq üçün sabahdan

agent banka müraciət edə bilərlər. Sfera.az xezerxeber.com-a istinadən bildirir ki,  bu barədə

məlumat verən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bağlanmış

digər banklarla bağlı yeni məlumatları da açıqlayıb.

Yanvarın 25-də lisenziyası ləğv edilmiş "Yunayted Kredit Bank"da  pulu olan əmanətçilər

"Unibank"ın filiallarına müraciət etməlidirlər. Ərizələrin qəbuluna sabahdan başlanılsa da,

vəsaitlər dərhal verilməyəcək. Çünki "Yunayted Kredit Bank" haqqında məlumatlar tam deyil və

dəqiqləşdirmələr aparılır.

Lisenziyası ləğv edilmiş "Texnikabank"ın da məlumatlarının dəqiqləşdirilməsi aparılır. Bu bank

böyük olduğu üçün əmanətçilərə kompensasiyaların verilməsinə 4 agent bank cəlb edilə bilər.

Əvvəl bağlanmış digər bankların əmanətçilərinə kompensasiyaların verilişi isə davam edir.

İndiyədək "Gəncəbank"ın 12 əmanətçisinə 150 min manat, "Bank of Azerbaijan" müştərilərinə

isə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR