Günay Bank-dan biznes üçün kartlar

Sfera.az bildirir ki, bu tip kartlar kiçik və orta şirkətlərin işlərinin gündəlik xərclərin ödənilməsi məqsədilə istifadə olunur.
Adətən biznes kartlar ezamiyyə xərcləri, inzibati və təmsilçilik xərcləri, ofis avadanlıqları və kommunal ödənişləri, təsərrüfat mallarının ödənişləri, proqram təminatı və xüsusi lisenziyaların alınması, gömrük, vergi və digər dövlət ödənişlər üçün istifadə olunur. Bu cür sistem şirkətlərin rəhbərlərinə şəxsi və ofis xərclərinin fərqləndirilməsi, həmçinin, bütün inzibati xərclərinin nəzarəti üçün böyük kömək edir. "Günay Bank” hər biznes kartından çıxarışları müvafiq şirkətlərə təqdim etməklə aparılmış əməliyyatlar üzrə dəqiq məlumatı göstərə bilir. Şirkətlər isə öz növbəsində aparılmış əməliyyatların qruplaşdırılması və lazım olan hesabatların çıxarılması üçün həmin məlumatdan effektiv olaraq istifadə edə bilərlər.
Biznes kartların sahibləri dünyanın 24 milyon nöqtəsində, o cümlədən, 1 milyondan çox bankomatda öz əməliyyatlarını rahatlıqla apara bilərlər.
Biznes kartlar tək şirkətlərin rəhbər şəxsləri və ya baş mühasibləri üçün nəzərdə tutulmur, kartlar həmçinin inzibati xərclərinin ödənilməsi məqsədilə siravi işçilərə də təqdim edilə bilər. Biznes kartlar vasitəsilə otellərin bronlaşdırılması, avtomobillərin icarəyə götürülməsi, aviabiletlərin alınması, restoranlar və digər ticarət obyektlərində mal və ya xidmətlərin alınması və elektron ticarət obyektlərində nağdsız ödənişlərin aparılması mümkündür.
Biznes kartlara iki rejimdə xidmət oluna bilər:
- Kredit xətti ilə;
- Debet rejimində.
Biznes kartların alınması üçün "Günay Bank”ın istənilən filial və ya şöbəsinə müraciət etmək mümkündür