Lotereyanın qaliblərinə Bank of Baku-dan Bolkart + 50 AZN bal hədiyyə

Lotereyanın qaliblərinə Bank of Baku-dan Bolkart + 50 AZN bal hədiyyə

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən "Kartla ödə, Kartla qazan!” lotereyasına yaxından maraq göstərən "Bank of Baku” da lotereya qaliblərinin sevincinə səbəb olacaq kampaniyaya start verir.


 

Belə ki, ölkəyə ilk taksit kartı təcrübəsini gətirərək nağdsız ödənişlərin genişlənməsi yolunda ciddi addımlar atan Bank, "Kartla ödə, Kartla qazan!” lotereyasında qalib olan müştərilərinə əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandıracaq.

 

 

Lotereya şərtlərinə əsasən 01 fevral tarixindən ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum5 (beş) manat məbləğində ödəniş edən hər bir kəs lotereyada iştirak hüququ əldə edir. Fevral, mart və aprel aylarını əhatə edən lotereya dövründə 1800 nəfər qalib olaraq Mərkəzi Bank tərəfindən təyin olunmuş 50 (əlli) manatuduş məbləği ilə mükafatlandırılacaq.


 

Bank of Baku-nun keçirdiyi kampaniyaya əsasən qaliblər sırasında Bank of Baku-ya aid plastik kartlarla (maaş və ya təqaüd kartları, kredit və ya debet kartları) ödəniş edərək qalib olan şəxslər isə əlavə olaraq Bank of Baku-dan Bolkart debet + 50 AZN BAL qazanacaq. Əgər qalib olan şəxsin Bolkart debet və ya kredit kartı varsa, 50 AZN BAL həmin şəxsin kart hesabına yerləşdiriləcək. Qeyd edək ki, 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri kart balasındakı BAL-larla 50 AZN dəyərində pulsuz alış-veriş edə bilər.


 

Bank of Baku-nun keçirdiyi bu və ya digər kampaniyalar haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinəwww.facebook.com/bankofbaku, "Kartla ödə, Kartla qazan!” lotereyası haqqında daha ətraflı məlumatla isə Mərkəzi Bankın rəsmi internet səhifəsinə (//goo.gl/4huhTk) daxil olaraq tanış olmaq olar.


 

Daha ətraflı:


145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...