“Bank BTB” sahibkarlara dəstək üçün beynəlxalq layihəyə qoşuldu

“Bank BTB” sahibkarlara dəstək üçün beynəlxalq layihəyə qoşuldu
"Bank BTB” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə daha bir layihəyə qoşulub.

Dünya Bankının "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bank aqrar sektorda çalışan sahibkara güzəştli şərtlərlə kredit təklif edir. Belə ki, sahibkarlar 500000 manatadək krediti 7 il müddətinə, illik 6%-9% olmaqla əldə edəcəklər. Üstəlik, kreditlər üzrə 36 aya qədər güzəşt müddəti nəzərdə tutulub.

 

Ümumilikdə, Dünya Bankı tərəfindən layihə üzrə "Bank BTB”yə 2,2 milyon manat məbləğində kredit ayrılıb.

 

Qeyd edək ki, layihənin məqsədi aqro-ərzaq sektorunda fəaliyyət göstərən yerli müəssisələrin rəqabətliliyinin, istehsalının və keyfiyyətinin artırılmasına, o cümlədən, texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.

 

Layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar "Bank BTB”nin baş ofisinə və bütün filiallarına müraciət edə bilərlər. Ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...