Bank “BTB”də 2 yeni vakansiya

Bank “BTB”də 2 yeni vakansiya
Bank "BTB” ASC 2 yeni vakansiya elan edir.

1) İnformasiya Texnologiyaları departamentininin Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

  • Microsoft texnologiyaları, Windows işçi stansiyaları üzrə bütün sinif, Windows Server 2008/2012/2016, Terminal Server, MS Active Directory, DNS, DHCP, WSUS;
  • HP, IBM və Dell server avadanlıqları üzrə iş;
  • Təhlükəsizlik sistemlərinin idarə edilməsi;
  • Arxivləşdirmə texnologiyaları: Symantec, Veeam Backup&Replication;
  • Virtuallaşma: VMware Vcenter, ESXi;
  • Antivirus sistemləri ilə iş;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınması;
  • Linux/Unix əməliyyat sistemi üzrə iş;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Banklarda İT sahəsində iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
  • Ünsiyyətqurma və operativlik bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 28 Fevral, 2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

2) Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi

 İş barədə məlumat:

  • Bank "BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

    Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 28.02.2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...