“Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” - MKA-nın növbəti konfransı

“Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” - MKA-nın növbəti konfransı

Sabah Azərbaycan Marketinq Kommunikasiyaları Assosasiyası tərəfindən "Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” adlı konfrans keçiriləcək. "Holdiay İnn”də olacaq konfrans assosiasiyanın "Baş-a-baş” seriyasından sayca ikincidir. 

Aparıcı "MKTG.AZ” marketinq bloqunun və eyniadlı şirkətin təsisçisi, marketinq üzrə ekspert Rəşad Nəzərli olacaq. Tədbirdə iki şəxs- "AA&M” agentliyinin təsisçisi və rəhbəri Məmməd Şahməmmədli və "New Media” şirkətinin rəhbəri Rasim Davudov çıxış edəcək.

Tədbirdə "Modern Group”, SOCAR, Azersun Holding, Veysəloğlu, Gilan Holding və.s digər iri şirkət və firmalar da iştirak edəcək.

Bundan əvvəl keçiriən "Kreativ pul qazandırırmı?” adlı ilk tədbir isə sentyabrın sonlarında baş tutmuşdu.

Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası Məmməd Şahməmmədov(AA&M), Elnur Nurəliyev (McCann Baku), Emin Quluzadə (PeopleBrand), Ceyhun İmanov(JIS), Abbas Fətullayev (TradeMark/Leo Burnett Azerbaijan), Afət Yaqubova (Laboratoriya PR), Namiq Bayramov (YelloAD), Aygün İslamzadə (Kapital Bank), Sabit Məmmədov(Admedia), Azər Nəcəfov (YelloAD), Rəşad Nəzərli (PeopleBrand), Elnur Osmanov (Air Group) və Teymur Məmmədov (PamPam Kreativ Butik) kimi marketinq kommunikasiyaları sahəsində böyük təcrübəyə malik mütəxəssislər və tanınmış şirkət rəhbərləri tərəfindən təsis olunub. 

Qeyd edək ki,  "YelloAD”-ın həmtəsisçisi Namiq Bayramov Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının İdarə Heyətinin Sədridir.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...