Bank Respublika 2019-cu ilə mükafatla başladı

Bank Respublika 2019-cu ilə mükafatla başladı
Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindənölkəmizdə ilk dəfə olaraq təşkil olunan "Milli KSM Mükafatı 2018” müsabiqəsinin Qala Gecəsi keçirilib.

Sfera.az bildirir ki, müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri son 2 ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müəyyən edilib.


2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən Bank Respublika, ötən il Novruz bayramı ərəfəsində ölkəmizin müxtəlif regionlarında yerləşən uşaq evləri və internat məktəblərində həyata keçirdiyi "Şən Çərşənbə” layihəsi Milli KSM mükafatına layıq görülüb!

Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərində balaca fidanlar üçün Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edib, onlara bayram sovqatları paylayıblar.


Bankdan verilən məlumata əsasən Bank 2019-cu ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində kimsəsiz uşaqların, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirməyə davam edəcək.


Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...